Şirkət haqqında

 



КЕМ LTD təmir-tikinti sahəsində işləyən şirkət olaraq, bu günədək kiçik şirkətdən, kompleks layihə-tikinti təşkilatınadək böyük yol keçmiş, və bu müddət ərzində özünü biznes sahəsində etibarlı tərəfdaş kimi təsdiqləmişdir.

Bugünkü gündə biz, kompleks layihə-tikinti xidmətlərini təqdim edirik. Bizim şirkətin əməkdaşları - yüksək profilli təhsilə və müxtəlif çətinlik səviyyəsində olan obyektlərin inşasında və layihəsinin hazırlanmasında təcrübəyə malik olan, yaradıcı mütəxəssislər komandasıdır. Bizim mütəxəssislər, ixtisaslaşdırılmış beynəlxalq seminar və konfranslarda iştirak etməklə, öz professional səviyyəsini mütəmadi olaraq artırır. Şirkətin mütəxəssisləri, müxtəlif növ işləri yerinə yetirərkən, ən proqressiv texnoloji metodlardan istifadə edirlər.
 

Biz, istənilən işin layihəsinin hazırlanmasından, onun həyata keçirilməsinədək lazım olan bütün imkanlara, gərəkli təcrübə və vasitələrə malikik. Bİz qiymətlər barəsində də qarşılıqlı mənfəətə əsaslanan müzakirələrə hər zaman hazırıq.

КЕМ LTD şirkəti aşağıdakı üstünlüklərinə əsasən, qarşısında qoyduğu bütün məqsədlərə nail olmaq iqtidarındadır:

- Şİrkət daxilində, məhz layihələrin hazırlanması və inşaat proseslərinin birləşdirilməsi, işin münasib maliyyəti çərçivəsində, onun keyfiyyəti və müddətində yüksək nəticələr əldə etməyə imkan verir.

- Şirkətin əməkdaşları profilli təhsilə və böyük iş təcrübəsinə malikdirlər.

- Şirkətin özünün müasir texniki-material bazası mövcuddur. Şirkət, işlədiyi müddətdə, tikinti materialları və ləvazimatları istehsalçısı və tədarükçüləri ilə daimi əlaqələr yaratmağa nail olmuşdur. Bu isə, sınanmış keyfiyyətə malik material və ləvazimatların əlverişli şərtlərlə, az müddətdə əldə olunmasına imkan verir.

- Bizim şirkətin mütəxəssisləri, yerli və xarici ixtisaslaşdırılmış sərgilərdə, seminarlarda, konfranslarda iştirak edərək, öz professional səviyyələrini artırırlar.

- Bizimlə işləyərkən siz, istənilən zaman layihənin hazırlanması, inşaat proseslərini və obyektin istismara verilməsini yoxlaya bilərsiniz. Sifarişçi, bir çox ayrı-ayrı «ustalar briqadası»

ilə işləmək əvəzinə, kompleks tapşırıqları həll edən bir şirkətlə əməkdaşlıq etsə, onun üçün daha məqsədəuyğun olar.

- Münasib qiymət və yüksək keyfiyyət, şirkətin professional işçiləri tərəfindən və əlavə xərclərin optimizasiyasını, daimi hesablama və yoxlama işlərini həyata keçirən mühəndis-texniki işçilər tərəfindən reallaşdırılır. 

 

KEM LTD
© 2012, Bütün hüquqlar qorunur.